standart səviyyə

ру стандартный уровень en standard level de Normalniveau fr niveau standard es nivel patrón it livello standard
standart qiymət
standartlaşdırma
OBASTAN VİKİ
Səviyyə
Səviyyə (ing. grade, rus. уровень) — rabitə sistemlərində: bir kanalla ötürülə bilən tezliklər diapazonu. Məsələn, danışıq səviyyəli telefon rabitəsi 300–3400 Hs aralığındakı tezlikləri əhatə edir. 1. 1Bakı 2013 İnformasiyanın kodlanması məsələləri2. Mobil rabitə sistemlərində maneədavamlıkodlamanın reallaşdırılması GSM standartında kodlama prinsipləri Mobil rabitənin apparatca reallaşmasında siqnalın rəqəmli işlənməsi əsas rol oynayır. Rəqəmliişlənmə şanşəkilli rabitənin birinci nəslindən ikinci nəslinə keçməsinə, sistemin həcminingenişlənməsinə və onun keyfiyyərinin yaxşılaşmasına imkan vermişdir.Siqnalların rəqəmli işlənməsizamanı aşağıdakı proseslər nəzərdə tutulur.- Siqnalların analoq –rəqəm çevrilməsi- Nitq kodlaması- Kanal kodlaması- Modulyasiya Nitq siqnallarının gücünün spektri tezliyin 400 Hs-ə uyğun qiymətlərində maksimal olur vədaha yüksək tezliklərdə oktavada 9 dB-ə yaxın sürətlə azalır; Beynəlxalq Telefon və Teleqraf Konsultativ Komitəsinin məsləhətinə uyğun olaraq nitqsiqnallarının rəqəmli verilişində tezlik zolağı 300–3400 Hs arasında məhdudlaşır; Nitq siqnalının səslərinin müddəti, sait səslər üçün 210 ms (milli saniyə), samit səslər üçün isə 95 msolur; Nitq kodlanmasında əsas funksiya nitq koderi tərəfindən görülür. Koderin əsas vəzifəsi rəqəmlisiqnalları sıxlaşdıraraq nitq siqnallarının mümkün qədər aradan qaldırılmasıdır; Nitq kodlanması iki üsulla aparılır: siqnal formasının kodlanması (waveform coding) və siqnalınmənbəyinin kodlanması (source coding); GSM standartında nitq kodekinin sadələşdirilmiş blok-sxemi növbəti səhifədə verilmişdir.5MMobil rabitə sistemlərində maneədavamlı kodlamanınobil rabitə sistemlərində maneədavamlı kodlamanınreallaşdırılmasıreallaşdırılması İlkinemaletməQısa müddətli xəbərverməsüzgəcinin parametrlərininqiymətləndirilməsiQısa müddətlixəbərverməsüzgəcanalizatoruUzunmüddətli xəbərverməsüzgəcinin parametrlərininqiymətləndirilməsiUzunmüddətlixəbərverməsüzgəcanalizatoruHəyəcanlanma siqnalınınparametrlərininqiymətləndirilməsiSüzgəcpostuQısa müddətlixəbərverməsüzgəc sintezatoruUzunmüddətlixəbərverməsüzgəc sintezatoruHəyəcanlanma siqnalınınformalaşmasıKoderDekoder Kanal koderi nitq koderindən sonra yerləşir və informasiyanı daşıyıcı tezliyə köçürənmodulyatordan əvvəl olur; Kanal koderinin əsas rolu nitq siqnalının maneədavamlı kodlamasıdır, bu da siqnalın vericidənqəbulediciyə şüalanma prosesində baş verən səhvlərin aşkar edilməsi və onların mühüm dərəcədədüzəldilməsi üçündür; Maneədavamlı kodlama verilən siqnalın tərkibinə böyük həcmli artıqlama informasiyasınınəlavəsi ilə əldə edilir. İngiliscə belə kodlama Forward Error Correcting coding (FEC coding)adlanır, yəni səhvləri əvvəlcədən korreksiya edən kodlama.
Standart
Standart (ing. standard — norma, nümunə) — sözün geniş mənasında işlənən nümunə, etalon, model olub başqaları ilə müqayisədə ilkin götürülür. Standart kütləvi istifadə üçün nəzərdə tutulmuş məhsulların (işlərin, xidmətlərin) keyfiyyətinə və təhlükəsizliyinə dair tələbləri müəyyənləşdirən normativ sənəddir. İnsanların həyat və sağlamlığı, əmlakı, ətraf mühit üçün təhlükə yarada bilən məhsul (iş, xidmət) üçün dövlət tərəfindən müvafiq standart müəyyən edilir. Bunu dövlət, istehlakçı və istehsalçı arasında bağlanmış üçtərəfli ictimai müqavilə də adlandırmaq olar. İstehsalçı hamı üçün şəffaf olan bu standartlara ciddi surətdə əməl etməyə məcburdur. Çünki, onun məhsulunun keyfiyyətinin standarta uyğunluğuna həm dövlət orqanları, həm də istehlakçılar asanlıqla nəzarət edə bilirlər. Məhsulun (işin, xidmətin)standarta uyğunluğu istehlakçıda məhsulun (işin, xidmətin) təhlükəsiziliyinə inam yaradır. Standartlaşdırma — məhsullar (işlər, xidmətlər) üçün norma, qayda və xarakteristikaları müəyyənləşdirən fəaliyyət olub, aşağıdakıları təmin etmək məqsədi daşıyır: məhsulların (işlərin, xidmətlərin) insanın həyatı, sağlamlığı, əmlakı və ətraf mühit üçün təhlükəsizliyini; məhsulların (işlərin, xidmətlərin) texniki, texnoloji və informasiya uyğunluğunu, eləcə də qarşılıqlı əvəz olunmasını; məhsulların (işlərin, xidmətlərin) elm, texnika və texnologiyanın inkişafına uyğunluğunu və onların rəqabət qabiliyyətinin yüksəldilməsini; ölçmələrin dəqiqliyini və vəhdətini; bütün növ resursların qənaətini; təbii və texnogen qəzaların və habelə digər fövqəladə vəziyyətlərin yaranması ehtimalları nəzərə alınmaqla təsərrüfat obyektlərinin təhlükəsizliyini; ölkənin müdafiə qabiliyyətini və səfərbərliyə hazırlığını; istehlakçıların məhsulların (işlərin, xidmətlərin) nomenklaturası və keyfiyyəti haqqında tam və səhih informasiyaya malik olmalarını. Aşağıdakı standart növləri vardır.
Səviyyə (informatika)
Səviyyə, qat (en. layer) – rabitə və verilənlərin paylanmış emalı sahəsində: spesifik hadisələr siniflərini emal edən strukturlar və altproqramlar toplusu. Məsələn, yeddi qatı (səviyyəsi) olan ISO/OSI modelində fiziki səviyyə aparat vasitələrinin birləşmələrinə, verilənlərin ötürülməsi səviyyəsi ötürülən siqnallara aiddir, şəbəkə səviyyəsi isə siqnalların qəbuledicilər üzrə paylanmasına cavabdehdir. Qatlara bölmə (en. layering) – kompüter qrafikasında: şəklin məntiqi bağlı elementlərdən ibarət qruplara bölünməsi. Qatlara bölmə, işi dayandırmadan obyektlərin bir hissəsinə bütöv şəkillə birlikdə baxmağa imkan verir. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Standart Model
Standart Model — hissəciklər fizikasına aid nəzəriyyədir. Standart Model (SM) fundamental qarşılıqlı təsir qüvvələrini və bu qüvvələrdə elementar hissəciklərin rolunu öyrənir. Standart Model nəzəriyyəsinə görə Kainatdakı bütün materiya fermionlardan (kvarkların və leptonların aid olduqları hissəciklər ailəsi) yaranmışdır. Məsələn, proton iki yuxarı və bir aşağı kvarkdan ibarətdir. Fermionlar bir birinə qarşılıqlı təsir qüvvələri vasitəsilə təsir edirlər. Məsələn, protonun ibarət olduğu kvarklar bir birilə güclü qüvvə (ingiliscə, strong force) adlanan təsirlə bağlıdırlar. Belə ki, güclü qüvvə protonu hissələrə bölünməyə qoymur. Belə qarşılıqlı təsir qüvvələrinin sayı dörddür: elektromaqnetizm, qravitasiya, zəif nüvə qüvvəsi, güclü qüvvə. Bu qarşılıqlı təsir qüvvələri boson adlanan (fotonun da daxil olduğu hissəciklər qrupu) hissəciklərlə keçir (və ya daşınır). Məsələn, protonun hissələri arasındakı güclü qüvvə qluon adlanan boson vasitəsilə keçir.
Standart meyillənmə
Standart meyillənmə və ya orta kvadratik meyillənmə — ehtimal nəzəriyyəsində və statistikada təsadüfi dəyişənlərin səpələnməsi üçün istifadə olunan ən geniş yayılmış göstəricidir. Təsadüfi dəyişənin vahidində ölçülür. Qiyməti dəyişənin (parametrin) dispersiyasının (σ2) kökünə bərabərdir. Standart meyillənmədən orta arifmetik qiymətlərin satandart xətalarının hesablanmasında, inam intervallarının təyinində, hipotezlərin statistik yoxlanmasında, təsadüfi dəyişənlər arasında xətti asılılıqların ölçülməsində istifadə olunur. Standart meyillənmə s ilə işarə olunur və belə hesablanır: s = n n − 1 σ 2 = 1 n − 1 ∑ i = 1 n ( X i − X ¯ ) 2 {\displaystyle s={\sqrt {{\frac {n}{n-1}}\sigma ^{2}}}={\sqrt {{\frac {1}{n-1}}\sum _{i=1}^{n}{(X_{i}-{\bar {X}})^{2}}}}} burada, x i {\displaystyle x_{i}} seçmənin i-ci elementidir, X ¯ {\displaystyle {\bar {X}}} - seçmənin ədədi ortası, n- seçmənin həcmidir. X ¯ {\displaystyle {\bar {X}}} - aşağıdakı düsturla hesablanr: X ¯ = 1 n ∑ i = 1 n X i {\displaystyle {\bar {X}}={\frac {1}{n}}\sum _{i=1}^{n}{X_{i}}} Seçmə dedikdə aparılmış ölçmələrin içərisindən statistik analiz üçün qrup şəklində seçilmiş ölçülər nəzərdə tutulur. Seçmə təsadüfi, sistematik və ya qarışıq (random) üsullarla aparıla bilir. Əliyev, R. Maşınqayırma leksikonu. Bakı: Apostroff, I hissə, 2012.427 s. Şahbazov, Ə. Ehtimal nəzəriyyəsi və riyazi statistika: ali məktəblər üçün dərslik / red.
Standart silah
Standart silah (İdman tapançası) — güllə atıcılığı dövrü, rəqabət tələblərinin qaydalarına uyğun halqa atəşi ilə 25 metr məsafədə atəş açmaq üçün nəzərdə tutulmuş bir tapança nəzərdə tutur. Əsas məhdudiyyətlər: nişan xəttinin uzunluğu, zəifliyin çəkilməsi və sapı üçün tələblər. Yalnız açıq yerlərə icazə verilir. Nişan xəttinin uzunluğu 220 mm-dən artıq olmamalıdır. Rəqabət qaydalarına əsasən bir idman tapançası maksimum kütləsi 1400 qram olmalıdır. Ən az tənzimlənən kütlə yoxdur. Bununla belə, qeyd etmək lazımdır ki, bir idman tapançası halda, texniki olaraq 1000 qr az ola bilməz. Atışın güclü təsiri ilə əlaqədar tapança mövqeyinin sabitliyi müəyyən bir kütlə tələb edir. Üstünlük kütləsi ox kütləsinin fərdi xüsusiyyətlərinə uyğun olaraq dəyişilməsinə imkan verən modellər ilə təmin edilir. Əsas tələblərdən biri tapança sapını mil sümüyünə kimi uzatma halları olmamalıdır.
Standart çincə
Standard Çin dili, Putonghua və ya Standard Mandarin, Çinin rəsmi dilidir. Çinin şimalında danışılan Mandarinin Pekin ləhcəsindən irəli gələrək yaranmışdır. Çində bu dil məmurların dili — guānhuà (官 话) adlanırdı, lakin Çin Xalq Respublikası qurulandan sonra 1955-ci ildə adı putonghua (普通话) "yayılmış söz" olaraq dəyişdirilmişdir. Standard Çin dili, Çində Pǔtōnghuà (普通話) ("Ümumi Ləhcə") Guóyǔ (國語) olaraq ("Milli Dil") Çin Respublikasında (Tayvanda yəni), Malayziya və Sinqapurda Biǔozhǔn Huáyǔ (標準 華語) ("Standart Çin dili") olaraq bilinir. Standard Çin dili digər Çin dilləri kimi tonlu dildir. Yəni fərqli sözlər eyni səsin fərqli intonasiyaları ilə yaranır. Cəmi 4 ton var. I ton, düz ton:(ˉ) II ton, artan ton: (ˊ) III ton, dalğalı ton: (ˇ) IV ton, enən ton: (ˋ) Nümunə, ma hecasında: 1.mā 媽 (ana) 2.má 麻 (çətənə) 3.mǎ 馬 (at) 4.mà 罵 (söyüş) Yuxarıdakı ma kimi bir hecanın 4 tonu 4 ayrı söz kimi qəbul edilir.
İkili standart
Insanlar və insan qrupları arasında ayrı-seçkilik etmək, eyni məsələdə müxtəlif insanlara və ya insan qruplarına eyni prinsiplərlə baxmamaq. İnsanlara, xalqlara, dövlətlərə, dinlərə, irqlərə və digər insan topluluqlarına eyni gözlə baxmamaq, onları fərqli qiymətləndirmək, tərəfkeşlik etmək. Haqqı, ədaləti birinin xeyrinə və digərinin ziyanına şərh etmək və pozmaq. Kişi və qadın arasında eyni hüquqların tanınmaması İrqi ayrı-seçkilik Etnik ayrı-seçkilik Dini ayrı-seçkilik Və s. Böyük dövlətlərin kiçik dövlətlərə qarşı və ümumiyyətlə bir dövlətin digər iki dövlətə qarşı fərqli, qərəzli yanaşması ikili standartların ən çox müzakirə edilən və ən ağrılı tərəfidir. ABŞ-nın İsrail və Fələstinə, Ermənistan və Azərbaycana aid siyasəti ikili standartlara misal göstərilə bilər. Bu halda ikiüzlü siyasət ifadəsi də işlənilir. ABŞ Konqresinin Azərbaycan dövlətinə yardımını qadağan edən 907-ci düzəliş ikili standarta bariz nümunə sayılır. Görülən bir işin və ya işi görən insanın iki tərəf arasında fərli şəkildə adlandırılması baş verir. Məsələn: Zəbt etmək, işğal etmək və azad etmək Separatizm və milli-azadlıq hərəkatı Terrorist və partizan, fədai Casus və kəşfiyyatçı Və s.
Standart azərbaycanca
Standart azərbaycanca və ya Müasir Azərbaycan ədəbi dili — əsasən Azərbaycan Respublikasında Azərbaycan dilinin standart forması olaraq istifadə edilən dil. Standart azərbaycancada Azərbaycan dilinin dialektlərindən fərqli olaraq, sözlərin vahid yazılış və tələffüz qaydaları təyin edilmişdir, həm də orta Azərbaycan dili ilə müqayisədə ərəb və fars təsiri azdır. XIV əsrin əvvəllərində Yusif Məddahın poeziyası Azərbaycan ədəbi dilinin formalaşmasında mühüm rol oynamışdır. Azərbaycan ədəbi dilinin mövqeyi Təbrizi paytaxtları edən Qaraqoyunluların (1410-1468-cü illər) dövründə güclənmişdir. Kişvəri XV–XVI əsrlərdə Azərbaycan ədəbi dilinin formalaşma dövründə onun inkişafında böyük rol oynamışdır. Onun poeziyası Azərbaycan ədəbi dilinin təkamülü üçün “ən qiymətli resurslardan biri”, dilin tarixi qrammatikasının yaradılmasında təməl daşı olaraq qiymətləndirilir. Səfəvi sülaləsinin yerli dialekti olduğu üçün, Ərdəbil bölgəsi şivəsinə əsaslanan Azərbaycan türkcəsi sufi ədəbiyyatında üstünlük əldə etmişdir. Bu dil Azərbaycanda və kənardakı qızılbaş icmalarında güclü bir ədəbi axın olan mərsiyyə əsərlərində standart dil formasına düşmüş, Xorasan, Şiraz, Əcəm İraqı (Sava) ərazisində işləklik qazanmışdır. XVI–XVII əsrlərdən etibarən Məhəmməd Füzuli, Qövsi Təbrizi kimi şairlərin əsərlərində Azərbaycan ədəbi dilinin Azərbaycan danışıq dilinə yaxınlaşdığı görülür. Bu tendensiya özünü XVIII əsr şairi Molla Pənah Vaqifin əsərlərində daha açıq şəkildə büruzə verir.
Cumanci: Növbəti səviyyə
Üst denudasion səviyyə
Üst denudasion səviyyə (rus. верхний уровень денудации, ing. gipfelflur, summit-level) — yer kürəsində dağların ən yüksək zirvəsindən keçməsi mümkün ola bilən xəyali səth. Həmin səviyyədən /8–9 km/ yuxarı heç bir zirvə ola bilməz, beləki dağların daha çox qalxması onların daha intensiv dağılması ilə müşayiət olunur. Bu anlayış XIX əsrin sonunda A. Penk tərəfindən təklif edilmişdir.
İllik hesablı səviyyə
Standart Çin dili
Standard Çin dili, Putonghua və ya Standard Mandarin, Çinin rəsmi dilidir. Çinin şimalında danışılan Mandarinin Pekin ləhcəsindən irəli gələrək yaranmışdır. Çində bu dil məmurların dili — guānhuà (官 话) adlanırdı, lakin Çin Xalq Respublikası qurulandan sonra 1955-ci ildə adı putonghua (普通话) "yayılmış söz" olaraq dəyişdirilmişdir. Standard Çin dili, Çində Pǔtōnghuà (普通話) ("Ümumi Ləhcə") Guóyǔ (國語) olaraq ("Milli Dil") Çin Respublikasında (Tayvanda yəni), Malayziya və Sinqapurda Biǔozhǔn Huáyǔ (標準 華語) ("Standart Çin dili") olaraq bilinir. Standard Çin dili digər Çin dilləri kimi tonlu dildir. Yəni fərqli sözlər eyni səsin fərqli intonasiyaları ilə yaranır. Cəmi 4 ton var. I ton, düz ton:(ˉ) II ton, artan ton: (ˊ) III ton, dalğalı ton: (ˇ) IV ton, enən ton: (ˋ) Nümunə, ma hecasında: 1.mā 媽 (ana) 2.má 麻 (çətənə) 3.mǎ 馬 (at) 4.mà 罵 (söyüş) Yuxarıdakı ma kimi bir hecanın 4 tonu 4 ayrı söz kimi qəbul edilir.
Yaponiya standart vaxtı
Yaponiya standart vaxtı və ya JST (yap. 日本標準時 Nihon Hyōjunji və ya中央標準時 Chūō Hyōjunji) — Yaponiyanın ümümdünya vaxtı 9 saat qabaqlayan standart saat qurşağı. Məsələn, UTC üzrə gecəyarısı (00:00) olarsa, Yapon standart vaxtı ilə saat 09:00 olur.
Industry Standart Architecture
ISA (Industry Standart Architecture) <ay-sa> – IBM PC/XT kompüterlərinin genişləndirmə yuvalarına kart taxmaqla sistemə müxtəlif qurğular artırmağa imkan verən şinin qeyri-rəsmi adı. İlkin olaraq 8-bitlik verilənlər kanalına malik olan ISA standartı 1984-cü ildə genişləndirilərək (IBM’in PC/AT modelində) 16-bitlik verilənlər kanalına çevrildi. Adətən, ISA genişləndirmə yuvalarının (8-bitlik və 16-bitlik) özlərinə aid edilir. 16-bitlik yuva faktiki olaraq bir-birinə qarşı quraşdırılmış iki ayrıca genişləndirmə yuvasından ibarət olur, deməli, bir 16-bitlik kart iki yuvaya taxılır. 8-bitlik genişləndirmə kartı 16-bitlik yuvaya taxıla və istifadə edilə bilər, 16-bitlik kartı isə 8-bitlik yuvaya qoymaq olmaz. İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Şəbəkədə interfeys səviyyə təhlükəsizliyi
Şəbəkə interfeys səviyyəsi (istifadəçi yönümlü) TCP/IP model-in ən aşağı səviyyəsidir. Bu səviyyənin özünə xas bir neçə təhlükəsizlik açıqları var ki, hücumçu tərəfindən istismar edilə bilər. Şəbəkə interfaz səviyyəsi (həmçinin data link səviyyə kimi adlanır), istifadəçinin sistemi ilə şəbəkə cihazı arasındakı fiziki interfazdır. Bu səviyyə data paketlərin ötürülmə üçün necə formatlanmasını və yönləndirilməsini müəyyənləşdirilir. Bəzi ümumi link səviyyə protokolları bunlardır, IEEE 802.2 and X.25. Data link səviyyə və onun protokolları istifadəçi cihazını və şəbəkə cihazını idarə edir. Bu səviyyənin məqsədi şəbəkəyə qoşulu istifadəçilər arası etibarlı əlaqə saxlamaqdır. Şəbəkənin bu səviyyəsi tərəfindən təmin olunan servislərə aşağıdakılar daxildir: Data bölünməsi — Data axınlarını müəyyən formalı fram və ya paket hissələri halına salır. Checksums — qəbul edicinin göndərilən dataları düz ardıcıllıqla toplaması və xəta olub olmamasını müəyyən etmək üçün checksum dataları göndərir. Bildiriş — Etibarlı data axını üçün qəbuledicinin data paketlərin qəbulu barədə müsbət və ya mənfi bildiriş göndərilməsidir.
Beynəlxalq Standart Eyniləşdirmə Nömrələri
Beynəlxalq Standart Eyniləşdirmə Nömrələri (İSBN, İSMN, İSSN, İSAN və İSRC) — kitabların, not yazılarının, dövri nəşrlərin, audivizual əsərlərin, audio və ya videoyazıların eyniləşdirməsini təmin edən unikal rəqəmli kodlar. == Ədəbiyyat == Əliquliyev R. M., Ağayev N. B., Alıquliyev R. M., Plagiatlıqla mübarizə texnologiyaları // Bakı. İnformasiya Texnologiyaları nəşriyyatı. 2015. 145 s.
Beynəlxalq Standart Seriya Nömrəsi
ISSN — Beynəlxalq Standart Seriya Nömrəsi. Mərkəzi Fransanın Paris şəhərindədir. ISSN (International Standard Serial Number) – dövri nəşrlər üçün nəzərdə tutulan beynəlxalq standart nömrə. == Ədəbiyyat == Əliquliyev R.M., Ağayev N.B., Alıquliyev R.M., Plagiatlıqla mübarizə texnologiyaları // Bakı. İnformasiya Texnologiyaları nəşriyyatı. 2015.
ISA (Industry Standart Architecture)
ISA (Industry Standart Architecture) <ay-sa> – IBM PC/XT kompüterlərinin genişləndirmə yuvalarına kart taxmaqla sistemə müxtəlif qurğular artırmağa imkan verən şinin qeyri-rəsmi adı. İlkin olaraq 8-bitlik verilənlər kanalına malik olan ISA standartı 1984-cü ildə genişləndirilərək (IBM’in PC/AT modelində) 16-bitlik verilənlər kanalına çevrildi. Adətən, ISA genişləndirmə yuvalarının (8-bitlik və 16-bitlik) özlərinə aid edilir. 16-bitlik yuva faktiki olaraq bir-birinə qarşı quraşdırılmış iki ayrıca genişləndirmə yuvasından ibarət olur, deməli, bir 16-bitlik kart iki yuvaya taxılır. 8-bitlik genişləndirmə kartı 16-bitlik yuvaya taxıla və istifadə edilə bilər, 16-bitlik kartı isə 8-bitlik yuvaya qoymaq olmaz. İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Cumanci: Növbəti səviyyə (film, 2019)